İsrail polisinin Qüdsdə ibadət edən fələstinlilərə qarşı törətdiyi hücum, Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən kəskin pislənib. Bu barədə Nazirliyin rəsmi internet saytında bəyanat yayılıb.
“İsrail təhlükəsizlik qüvvələrinin Məscidi-Əqsada ibadət edən fələstinlilərə qarşı istiqamətlənmiş və çox sayda fələstinli mülki insanın yaralanmağına səbəb olan hücumları şiddətlə qınayırıq.
Ramazan ayı boyu Fələstin xalqının ibadət azadlığını və Hərəmi-Şərifin statusunu hədəfə götürərək ötən axşam baş verən hadisələrə səbəb olan İsrail hökumətini, təxribatyönümlü və təcavüzkar mövqeyindən uzaq olmağa dəvət edirik.
Cənab nazirimizin dəvəti ilə ölkəmizə səfər edən Fələstinin xarici işlər naziri Riad Maliki ilə bu mövzuda beynəlxalq arenada atıla biləcək addımlar müzakirə edilib və Türkiyə Fələstin xalqına dəstək verməyə davam edəcək.” – deyə bəyanatda bildirilir.
Qeyd edək ki, başda Türkiyə prezidentinin məruzəçisi İbrahim Kalın, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğıu və Diyant-in sədri Əli Erbaş olmaqla nazirlər, millət vəkilləri, ziyalılar və QHT rəhbərləri ötən axşam Qüdsdə baş verənlərə kəskin etirazını bildirib.