KEŞİŞDƏN XRİSTİANLARA MÜRACİƏT: GƏLİN YOXSA MƏSCİDİ-ƏQSA UÇURULACAQ

0

Qüdsdə “Ədalət və Sülh Naminə Dünya Xalq Məclisi”nin sədri Musallam ata, son günlər Məscidi-Əqsada baş verən və tərəflər arasında gərginliyi çoxaldan zorakılıq hadisələrinə qarşı bəyanat yayıb.

Musallam, “Müharibə vaxtı xalqının yanında olmayanların, sülh vaxtı onların arasında olmağa üzü yoxdur” başlıqlı bəyanatda xristianları Məscidi-Əqsada keşik çəkməyə dəvət edib.   

“Şəxsi təşəbbüsümlə hörmətli din xadimlərini, habelə patrikləri, yepiskipları, rahibləri, böyük-kiçik hər kəsi Məscidi-Əqsada keşik çəkməyə dəvət edirəm. Bu gün müsəlmanlarla bu müqəddəs torpaqlarda ortaq taleyə, ortaq mədəniyyətə sahib vahid insanıq və həmin insanı qorumalıyıq. Bu gün zəif olsaq, Thedor Hersinin dediyi kimi Məscidi-Əqsa uçurulacaq.

Xristian din xadimləri kimi xalqınıza, məzlumlara, yoxsullara, əzilənlərə dəstək verin. Çünki kilsə məzlumların, əzilənlərin, zəiflərin kilsəsidir. Əgər xristianlar Məscidi-Əqsanın qapısının önündə sədd kimi dayanaraq sionistlərin yolunu kəssə və Əqsaya ayaq basmaqlarının qarşısını alsa sahibi olduqları kimliyin haqqını verəcəklər.” – deyə bəyanatda bildirilir.

Qeyd edək ki, bir neçə gündür fanatik yəhudilər İsrail polisinin müşayiəti ilə Məscidi-Əqsada və Qüdsün Şeyx Cərrah məhəlləsində iftar edən və namaz qılan müsəlmanlara hücumlar törədirlər. Baş verən gərginlik vaxtı yüzlərlə fələstinli yaralanıb, başda Məscidi-Əqsa olmaqla bir çox məbədə ziyan dəyib.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BAYRAM NAMAZININ VAXTI AÇIQLANDI

Ramazan bayramı ilə əlaqədar Azərbaycanda bayram namazının qılınma tarixi məlum olub. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev...

Bağla