ONLARLA FƏLƏSTİNLİ İSRAİL BOMBARDIMANINDA ÖLDÜ

0

İsrail ilə Fələstin arasında zorakılıq hadisələrinin və gərginliyin çoxaldığı bir vaxtda İsrail hərbi aviasiyası Qəzza Zolağında bəzi hədəfləri bombardıman edib.

Fələstin səhiyyə Nazirliyi bombardıman vaxtı 9 nəfəri azyaşlı uşaq olmaqla 20 nəfərin öldüyünü, 65 nəfərin isə yaralandığını bildirib.

İsrail mətbuatı isə ordu mənbələrinə istinadən, bombardımanda Həmas komandirlərindən birinin öldürüldüyünü bildirib.

Qeyd edək ki, İsrail polisinin hücumları ilə Şərqi Qüdsdə yaranmış gərginlik zəminində Həmas gücləri İsrail tərəfə raket zərbələri endirib. Raketlərin bir çoxu İsrail havadan müdafiə sistemləri tərəfindən havada zərərsizləşdirilib. Buna cavab olaraq İsrail hərbi aviasiyasının Qəza Zolağında gerçəkləşdirdiyi bombardımanda onlarla fələstinliölüb və yaralanıb.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KEŞİŞDƏN XRİSTİANLARA MÜRACİƏT: GƏLİN YOXSA MƏSCİDİ-ƏQSA UÇURULACAQ

Qüdsdə “Ədalət və Sülh Naminə Dünya Xalq Məclisi”nin sədri Musallam ata, son günlər Məscidi-Əqsada baş verən və tərəflər arasında gərginliyi...

Bağla