Ermənistanın 29 illik işğalından sonra Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhərində ilk dəfə ramazan bayramı namazı qılınıb.
Bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsəninin imamlığı ilə qılııb.
Yuxarı Gövhərağa məscidində qılınan namazda, ölkənin müxtəlif yerlərindən olan din xadimləri iştirak edib.
Qeyd edək ki, ötən gün Azərbaycan prezidenti İlham Əliyev Şuşa şəhərində yeni məscidin təməlini qoyub.