Səudiyyə Ərəbistanının Məkkə şəhərindəki Məscidi-Haramda imama hücum cəhdinin qarşısı alınıb.
Ötən gün cümə namazı vaxtı Şeyx Bandar Balila xütbə oxuyarkən namazda olan zəvvarlardan biri əlindəki bıçaqla minbərə hücum edib.
Harameyn təhlükəsizlik qüvvələri tərəfindən hücum cəhdinin qarşısı alınıb və həmin şəxs saxlanılaraq həbs edilib.
Hadisə təhlükəsizlikkameralarında əks olunsa da hücum edənin şəxsiyyəti açıqlanmayıb.
Hadisənin əks olunduğu videonu oxucularımıza təqdim edirik: