RƏSMİ RİYAD BU İLİN HƏCC ZİYARƏTİ BARƏDƏ AÇIQLAMA VERƏCƏK

0

Səudiyyə Ərəbistanı krallığı bu il baş tutacaq Həcc ibadəti barədə qarşıdakı günlərdə açıqlama verəcək. Bu barədə Səudiyyə Ərəbistanında nəşr olunan “Sabq” qəzetində məlumat yayılıb.

Məlumatda Həcc və Ümrə Nazirliyinə istinadən bildirilib ki, 2021-ci ilin Həcc ziyarəti barədə detallar qarşıdakı günlərdə açıqlanacaq.

Qeyd edək ki, ötən gün Həcc və Ümrə nazirliyi bu il Həcc ziyarətinin ppandemiya ilə mübarizə çərçivəsində xüsusi təhlükəsizlik qaydalarına uyğun keçiriləcəyini açıqlamışdı.

Xatırladaq ki, ötən il kovid-19 qlobal pandemiyası səbəbindən Həcc ziyarəti ölkə daxilindən məhdud sayda zəvvarın iştirakı ilə baş tutub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İSLAM DÜŞMƏNİ FƏRARİ ƏSGƏR HƏLƏ TAPILMAYIB

Xəbər verdiyimiz kimi keçən həftə Belçikada hərbi hissələrədən birindən bəzi silahlar götürərək qaçan hərbçi Curqen Koninqs hələ də tapılmayıb. 46...

Bağla