“Ali Baş Komandanın göstərişinə əsasən, Türkiyədən 20 ədəd mexaniki minatəmizləmə texnikası alınıb”.
“Report”un xəbərinə görə, bunu Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin rəisi, general-mayor Anar Kərimov deyib.
“Həmin texnikanın növbəri partiyası Türkiyədən ölkəmizə gətirilib. Bununla bağlı təkrar olaraq kurslar təşkil olunub. Əvvəlki partiyada gətirilən texnikalar işğaldan azad edilmiş ərazilərdə minaların təmizlənməsinə cəlb edilib. Bu texnikalar da qısa müddətdə minatəmizləmə işlərinə cəlb olunacaq”, – o bildirib.