SƏHABƏDƏN ÜBEY İBNİ KA`BI (RA) AĞLADAN HADİSƏ

0

Ənəs ibni Malikin (ra) rəvayətinə görə Allah Rasulu (ﷺ) bir gün Übey ibni Ka`ba (ra) belə dedi:

Allah-Təala mənə, “Ləm yəkunilləzinə kəfəru” (Bəyinnə) surəsini sənə oxumağımı əmr etdi. Übey ibni Ka`b (ra), Allah mənim adımı çəkdi? – deyə soruşdu. Rasulullah (ﷺ) Bəli – deyə cavab verdi.

Bunu eşidən Übey ibni Ka`b duyğulanaraq ağlamağa başladı. (Buxari, Mənaqibul-ənsar 16, Təfsiru surə (98), 1,3; Müslim, Müsafirun 246) Müslimin başqa bir rəvayətində (Müsafirun 245) “Übey ağlamağa başladı” ifadəsi var.

Bu hədis necə başa düşülməlidir?

Hz. Peyğəmbər (ﷺ) səhabələrinə, Qurani-Kərimi 4 nəfərdən öyrənməyi tövsiyyə etmişdir. Bu dörd nəfərdən biri Übey bin Ka`bdır (ra). (Buxari, Mənaqibul-ənsar 16). Rasulullahın (ﷺ) vəfatından sonra Übey bin Ka`b (ra) qiraət elminin imamı olmuşdur.

Allah-Təalanın Rasulullahdan (ﷺ) Bəyyinə surəsini ibni Ka`ba (ra) oxumağını istəməyi sözsüz ki, Übey üçün böyük şərəfdir. Onun, “Allah-Təala mənim adımı çəkdi? – deyə soruşmağı Peyğəmbərimizin (ﷺ) verdiyi xəbərə duyduğu şübhə deyildi. Allah tərəfindən adının çəkilməyini yenidən eşitməyi üçündür. Bir insanın müjdəli xəbər gətirən bir nəfərə – “doğrudan?” – deməyi kimi.

Eşitdiyi müsbət cavabdan sonra Übey (ra) ağlamağa başlayır. Bəlkə də bu böyük şərəfi qoruya bilməmək, bu şəəfə layiq ola bilməmək qayğısına qərq olub. Bu hadisəni istədiyiniz kimi şərh edin, bu, bir bəndə üçün böyük bəxtiyarlıqdır. Onsuzda Übey in Ka`b (ra) xaricində heç bir səhabə bu cür ilahi iltifatla şərəflənməmişdir. Bu səbəblə Hz. Ömər (ra) Übey bin Ka`ba çox ehtiram göstərir və ona “Seyyidul-Müslimin” (müsəlmanların əfəndisi) deyirdi.   

Allah-Təala Peyğəmbərimizə (ﷺ) Beyyinə surəsini Hz. Ka`ba (ra) oxumağını əmr edərək onun Quran oxumaq arzusunu – istəyini mükafatlandırmış, səhabələri də ondan Quran öyrənməyə təşviq etmişdir.

Bəyyinə Qurani-Kərimin 98-ci surəsidir və 8 ayədir. Bu surədə tevhid, risalət, ixlas, namaz, zəkat, cənnət və cəhənnəm əhli kimi dinin təməl mövzularından bəhs edilir.

Bu hədisdən öyrəndiklərimiz:

Übey bin Ka`b (ra) Peyğəmbərimizin (ﷺ) Quran oxuyub dinlətdiyi yeganə səhabədir.

Sevinərək ağlamaq caizdir.

Allah tərəfindən adı çəkilmək böyük şərəf və böyük məsuliyyətdir.

Qurani-Kərim əhlindən oxunub öyrənilməlidir.

Quran qiraətinə əhəmiyyət verən hafizlərə Quran oxuyub dinlətmək sünnətdir.

Mənbə: Riyazus-Salihin

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ERMƏNİSTAN KƏLBƏCƏR, GƏDƏBƏY VƏ ŞUŞA İSTİQAMƏTINDƏ ATƏŞKƏSİ POZUB

Mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı...

Bağla