TÜRKİYƏLİ NAZİR İŞĞALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRƏ SƏFƏR EDƏCƏK

0

Mayın 31-də Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Azərbaycana səfərə gələcək.

“Report”un əldə etdiyi məlumata görə, türkiyəli nazir səfər zamanı Füzuli rayonunda inşa edilən Beynəlxalq Hava Limanının tikintisi ilə tanış olacaq.

Səfərdə Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin də iştirak edəcəyi gözlənilir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Report”a bildirilib ki, bu səfərin təşkili nəzərdə tutulur və səfər çərçivəsində A.Karaismailoğlu Horadizdə inşa edilən bəzi infrastruktur obyektlərində işlərin gedişatı ilə tanış olacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKKİYƏDƏN ŞƏHİD ÖVLADLARINA SOVQAT GÖNDƏRİLİB – VİDEO

Vətən müharibəsində dünyasını dəyişən şəhidlərin övladları üçün Türkiyə “Uşaq Oyunları və İdman Klubları” Federasiyasının təşkilatçılığı ilə hədiyyə karvanı Türkiyədən yola...

Bağla