Belçikada müsəlman qadının iş üçün bir şirkətə müraciət etməyi və hicablı olduğu üçün müraciətinin qəbul edilməməyi ilə başlayan məhkəmə prosesi başa çatıb, məhkəmə müsəlman qadının lehində qərar verib.
Məlumata görə, paytaxt Brüsseldə müsəlman qadın 2015-ci ildə iş üçün ictimai nəqliyyat şirkəti STIB-ə müraciət edib. İşə qəbul edilməyən müsəlman qadın 1 ay sonra yenidən STIB-ə iş üçün müraciət edib.
STIB hicablı qadını işə götürməməyinin səbəbi kimi, daxili nizamnamə ilə “dini, siyasi və fəlsəfi inanclara aid rəmzlərə” izn verilməməyini göstərib.
Bundan sonra UNIA adlı insan hüquqları təşkilatı müsəlman qadının hüquqlarını qorumaq üçün məhkəməyə müraciət edib. May ayının sonunda yekunlaşan prosesə görə məhkəmə STIB-in ayrı-seçkilik etdiyinə qərar verib.
Şirətin bu qadağasının obyektivlik prinsipinə zidd olduğunu bildirən məhkəmə, bu yasağın gender bərabərliyinə də uyğun olmadığını qeyd edib. Qərarda bildirilib ki, müsəlman kişilər oxşar simvollardan istifadə edə bilirsə, belə bir yasaq qadına qarşı ayrı-seçkilikdir.
STIB isə məhkəmənin verdiyi bu qərardan apelyasiya şikayəti verməyəcəyini açıqlayıb.
“STIB həmişə müxtəlifliyə müsbət yanaşmışdır. Bu yolda irəliləməyə davam etmək istədiyi üçün şirkətin idarə heyəti məhkəmənin qərarına etiraz etməməyə qərar verib.” – deyə STIB-in direktoru Merliyn Erbuer bildirib.
Anadolu agentliyi