ÜMUMDÜNYA MÜSƏLMAN ALİMLƏR ŞURASINDAN QÜDS ÇAĞIRIŞI

0

Ümumdünya Müsəlman Alimlər Şurası Qüdsə və Məscidi-Əqsaya yardım etmək üçün müsəlman ölkələrə çağırış edib. Şura bu istiqamətdə yaydığı bəyanatda Qüdsə və Məscidi-Əqsaya göstəriləcək maddi yardımların toplanacağı bir fond təsis etməyi təklif edib.

Bəyanatda, Qüdsü və Məscidi-Əqsanı müdafiə etməyin müsəlmanlar üçün etiqadi öhdəlik, bu istiqamətdə göstərilən səhlənkarlığın ümmətə qarşı işlənmiş bir cinayət olduğu vurğulanıb.

İsrailə qarşı nümayiş etdirdiyi müqavimət, səbr və səbata görə Qüds, Qəzza və Fələstin xalqını təbrik edən şura, İsrailin hücumları nəticəsində dünyasını dəyişən müsəlmanlara Allahdan rəhmət diləyib.

Ümumdünya Müsəlman Alimlər Şurası müsəlman cəmiyyətlərə müraciət edərək, onları aralarındakı fikir müxtəlifliklərini bir kənara qoyub ortaq dəyər ətrafında birləşməyə dəvət edib.

Bəyanaın sonunda müsəlman dünyasından və beynəlxalq ictimaiyyətdən öz öhdəliklərini yerinə yetirmələri, Fələstinin haqlı mübarizəsinə dəstək vermələri tələb olunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏMİNƏM Kİ, DİNDARLARIMIZ BU QAYDALARA RİAYƏT EDƏCƏK

Biz Qafqaz Müsəlmanları İdarəsi olaraq Operativ Qərargahla dini ibadət yerlərinin açılması ilə bağlı mütəmadi müzakirələr aparırdıq. Müraciətimizə həssaslıqla yanaşdıqlarına görə...

Bağla