Amerika Birləşmiş Ştatlarında (ABŞ) keçirilən araşdırma nəticəsində məlum olub ki, son 10 ildə müsəlman məbədlərinin sayı 31% çoxalaraq 2 769-a çatıb.
Bu barədə ABŞ İctimai Siyasət və Analitika İnstutu (ISPU) “Amerika Məscidləri 2020: Artım və İnkişaf” adlı hesabat hazırlayıb.
Hesabatda artımın səbəbi kimi, bu müddət ərzində müsəlmanların ABŞ-a miqrasiya etməyi və müsəlman ailələrdə artım nisbətinin çox olmağı göstərilib.
Həmçinin müsəlman məbədlərinin daha çox böyük şəhərlərdə olduğu, Nyu-Yorkun 275 məscidlə bu siyahıya liderlik etdiyi bildirilib.
Hesabata görə, son 10 ildə ABŞ-da İslam dinini qəbul edən zəncilərin nisbəti 64%-dən 57%ə qədər azalıb, latın icmasında isə bu nisbət 12%-dən 15%-ə yüksəlib.
Bildirilir ki, 2010-cu illərdə məscid tikintisinin əleyhində olan bölgə sakinləri 25%, hal-hazırda isə bu nisbət 35% olub.
Yenə hesabatda bildirilir ki, 2010-cu illərdə bir məscidin illik gəliri 167 min 600 dollar olduğu halda, 2020-ci ildə bu rəqəm 276 min 500 dollar olub.
Hesabatda, məscidlərdə imamlıq edən din xadimlərinin 22%-nin ABŞ-da dünyaya gəldiyi, imamların 39%-nin 40 yaşından kiçik olduğu, 45%-nin 40-64 yaş arasında olduğu qeyd edilib.