“AZƏRBAYCANIN YANINDA OLMUŞUQ VƏ BUNDAN SONRA DA OLACAĞIQ”

0

“Dost və qardaş ölkələr olan Pakistanla Azərbaycanın münasibətləri strateji müttəfiqlik səviyyəsindədir. Pakistan Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti yürütməsinə görə bu ölkəni indiyədək tanımayıb”.

“Report”un xəbərinə görə, bunu Pakistan Prezidenti Arif Alvi Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə deyib.

Pakistan Prezidenti bildirib ki, qardaş ölkənin öz ərazi bütövlüyünü bərpa etməsi Pakistanda böyük sevinc hissi ilə qarşılanıb:

“Pakistan həmişə Azərbaycanın haqq işində onun yanında olub və bundan sonra da belə olacaq”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SON 10 İLDƏ ABŞ-DA MƏSCİDLƏRİN SAYI ÇOXALIB – HESABAT

Amerika Birləşmiş Ştatlarında (ABŞ) keçirilən araşdırma nəticəsində məlum olub ki, son 10 ildə müsəlman məbədlərinin sayı 31% çoxalaraq 2 769-a çatıb....

Bağla