QMİ SƏDRİ İSTANBULA AVRASİYA İQTİSADİ ZİRVƏ TOPLANTISINA DƏVƏT EDİLİB

0

İyunun 8-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə “Mərmərə” qrupu strateji və sosial araşdırmalar vəqfinin baş direktoru Akkan Süveri qəbul etdi.

Səmimi qardaşlıq şəraitində keçən görüşdə cənab A. Süver  İstanbulda keçiriləcək XXIV Avrasiya İqtisadi Zirvə toplantısında iştirak etmək üçün QMİ sədri A. Paşazadəni Türkiyə Cümhuriyyətinə səfərə dəvət etdi. Əvvəlki Zirvə toplantılarında dəfələrlə iştirak edən Şeyxülislam A. Paşazadə nüfuzlu tədbirin xitabət kürsüsündən çıxışlar etmişdir.

 2021-ci il iyulun 7-9-da İstanbulda təşkil olunacaq Zirvə toplantısının üzbəüz və onlayn olmaqla iki formatda keçirilməsi planlaşdırılır. Builki toplantıda müxtəlif sahələr üzrə, xüsusilə iqtisadi, enerji, səhiyyə, iqlim və telekommunikasiya istiqamətlərində dünyanın qabaqcıl elm, siyasi, ictimai xadimlərinin iştirakı ilə qlobal dünyanın ən vacib mövzuları müzakirə olunacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏRDOĞAN: “ŞUŞAYA SƏFƏR EDƏCƏYƏM” – VIDEO

"Brüsseldəki proqramımız başa çatandan sonra Bakıda İlham Əliyev qardaşımızın qonağı olacağıq". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Oradan Şuşaya...

Bağla