MƏSCİDİ-NƏBƏVİNİN İMAM VƏ MÜƏZZİN İŞLƏRİ MÜDİRİ İŞDƏN ÇIXARILIB

0

Səudiyyə Ərəbistanı Məscidi-Nəbəvidə İmam və Müəzzin işləri üzrə müdir və müavini tutduqları vəzifələrindən azad ediliblər.

Bu barədə Məscidi-Haram ilə Məscidi-Nəbəvi komitəsinin sədri və Kəbənin imamı Abdurrahman əs-Sudeys qərar imzalayıb.

Həmin şəxslərin işlərində yol verdikləri nöqsan və səhlənkarlığa görə işdən çıxarıldıqları bildirilir.

Abdurrahman əs-Sudeys, heç bir nöqsana qarşı tolerantlı olmayacaqlarını, səhlankarlıq edənlərin cəzalandırılmağı üçün lazımi bütün addımların atılacağını deyib.

Qeyd edək ki, xəbərdə işdən çıxarılan şəxslərin kimlikləri və işlədikləri nöqsan açıqlanmayıb.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DAUN SİNDROMU OLAN QIZ QURANI ƏZBƏRLƏYİB HAFİZ OLDU – FOTO

İordaniyada Ravan Dvelik adlı daun sindromu olan qız Qurani-Kərimi əzbərləyərək hafiz oldu. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bu, qeydə...

Bağla