İslam peyğəmbəri Hz. Muhammədin (ﷺ) 35-ci qurşaqdan nəvəsi olan hədis alimi seyyid İbrahim əl-Əhsai vəfat edib.
Əslən Mədinədən olan əl-Əhsai bir müddətdir sətəlcəm xəstəliyi səbəbindən Türkiyədə müalicə olunurdu.
Xəstəxananın reanimsiya şöbəsində dünyasını dəyişən əl-Əhsai bu gün İstanbul Fatih məscidində qılınan cənazə namazından sonra “Eyyub sultan” məzarlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Əhli-Sünnə alimlərinin əsas simalarından biri olan İbrahim əl-Əhsai minlərlə tələbə yetişdirib.