TÜRKİYƏ PREZİDENTİ RƏCƏB TAYYİB ƏRDOĞAN AZƏRBAYCANDA SƏFƏRDƏDİR

0

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“AZƏRBAYCANDA DİNLƏ BAĞLI TƏHDİDLƏR MİNİMUMA ENDİRİLİB”

“Azərbaycanda bütün sahələrdə olduğu kimi, dini durumla bağlı vəziyyət də sabitdir”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz...

Bağla