ƏRDOĞAN: QARABAĞ ƏVVƏLKİ EHTİŞAMINA VƏ ÖZ KİMLİYİNƏ QOVUŞACAQ

0

“Azərbaycan xalqının Qarabağ Zəfərini bir daha təbrik edirəm. Tarixdə bir çox incəsənət xadimi yetişdirmiş Azərbaycanın mədəniyyət paytaxtı Şuşadan bölgəmizə və dünyaya verəcəyimiz mesajların çox önəmli olduğuna inanıram. Qardaşım Əliyevin uzaqgörən liderliyi və Müzəffər Ali Baş Komandanlığı ilə azadlığına qovuşan Qarabağın yenidən dirçəldilməsi işlərini yaxından izləyirik. Şuşaya gələrkən bu işləri gördük və siz də gördünüz. Fasiləsiz iş görülür, infrastruktur sahəsində intensiv iş aparılır. Bir tərəfdən yollar salınır, bir tərəfdən enerji stansiyaları açılır, bir tərəfdən yüksəkgərginlikli xətlər çəkilir. Bütün bunlarla yanaşı, susuz olan bu bölgə suya qovuşur. Bu işlər hazırda fasiləsiz davam edir. İnşallah, ən qısa vaxtda bölgə hava limanına, hava limanlarına da qovuşacaq. Təkbətək görüşdə də əziz qardaşım bunları mənə xüsusilə danışdı. Hava limanına, hava limanlarına da qovuşduqdan sonra buralara gəliş-gediş daha da artacaq və inanıram ki, bu bölgə o dövrdə turizmdə də ciddi bir sıçrayışı yaşayacaq”.

Bu sözləri Şuşa Bəyannaməsinin imzalanmasından sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatlarla çıxış edərkən deyib.

Türkiyənin dövlət başçısı deyib:

“Təbii ki, Qarabağ əvvəlki ehtişamına və öz kimliyinə qovuşacaq. Buna heç şübhəmiz yoxdur. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Xocavənd kimi Qarabağın qədim yaşayış məntəqələrinin yenidən inkişaf etdiyi günləri yaxın vaxtlarda hamımız birlikdə görəcəyik”.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İLHAM ƏLİYEV HALUK BAYRAKTARI “QARABAĞ” ORDENİ İLƏ TƏLTİF EDİB – FOTO

"Pandemiyaya baxmayaraq, kənd təsərrüfatından enerjiyə, nəqliyyatdan turizmə, müdafiədən təhsil və mədəniyyətə qədər hər sahədə əməkdaşlığımızı inkişaf etdirmək üçün birgə səylərimizi...

Bağla