ÖZBƏKİSTANDA VIII ƏSRƏ AİD QURAN KİTABI BƏRPA OLUNUB

0

Özbəkistanın Mədəniyyət Nazirliyi yanında Mədəniyyətin və İncəsənətin İnkişafı Fondu ən qədim Quran əlyazmalarından olan, VIII əsrə aid Katta Langar Quranının bərpasını həyata keçirib.

Qurani-Kərimin restavrasiya işinə Fransanın Luvr Muzeyinin mütəxəssisləri Aureliya Streri və Aksel Delau cəlb olunub.

İndiyə qədər davam edən bərpa prosesi üç mərhələdə aparılıb. Birinci mərhələ 2019-cu ilin noyabrında, ikinci 2020-ci ilin fevralında, sonuncu bu ilin may ayında olub.

Həmçinin onu da qeyd edək ki, VIII əsrə aid Quran kitabı uzun müddət Qaşqadərya vilayətinin Kamaşin rayonundakı Langar-ota məscidində saxlanılıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BU GÜN MÜBARİZ İBRAHİMOVUN ANIM GÜNÜDÜR

Bu gün Milli Qəhrəman İbrahimov Mübariz Ağakərim oğlunun şəhid olmasından 11 il ötür. Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvarın...

Bağla