QURANİ-KƏRİMDƏ PEYĞƏMBƏR QİSSƏLƏRİ

0

İlahi kitabımız Qurani-Kərim hər zaman adəmoğlunu doğru yola səsləmişdir. Allahın son ilahi vəhyi bizi hər tərəfli yetişdirən nur qaynağıdır. Bu kitabın nuru elə bir çeşmədən axıb gəlir ki, istəsək də onun qarşısına keçə bilmərik. Keçmiş zamanlarda əhli-kitabdan olan kahinlər və rahiblər Tövrat və İncili öz istəkləri doğrultusunda dəyişdirmişdir. Ancaq Qurani-Kərim, Allah tərəfindən endirilməsinin üzərindən 15 əsr keçməsinə baxmayaraq hələ də öz gözəlliyini və təhrif olunmaqdan uzaq olduğunu hər kəsə, sanki, meydan oxuyurmuş kimi bəyan edir.

            Allah Qurani-Kərimdə keçmiş ümmətlərin xəbərlərini verməklə birlikdə, indiki zamana və gələcəyə yönəlik xəbərlərə də yer vermişdir. İlahi kitabımızda yer alan peyəmbərlərin qissələri məhz bu qəbildəndir. Əvvəlcə onu qeyd edək ki, qissələr haqqında bir çox fikir səsləndirilmişdir. Bəzi alimlər qissələrin doğru olmadığını iddia etmişdir. Buna qarşılıq alimlərin çoxu isə bu qissələrin real tarixi hadisələr olduğunu qəbul edir.

            Peyğəmbər qissələri müsəlmanlar üçün böyük əhəmiyyət kəsb edir. Qurani-Kərimdə yer alan bu ilahi vəhylərin hər biri fərqli mövzulara təmas edərək insanların doğru yola yönəlməsinə işıq tutur. Misal olaraq Həzrət Loğmanın (ə.s.) qissəsini göstərə bilərik (Loğman, 31/12-19). Qissədə, ilk olaraq Allahın təkliyi və Uca Rəhmana ibadət etmənin vacibliyi vurğulandıqdan sonra ailə daxili (və ya sosial) məsələlər haqqında önəmli biliklərə yer verilir. Həzrət Loğmanın (ə.s.) nəsihətlərinə diqqət yetirən hər bir müsəlman, ailə daxili və cəmiyyət içərisindəki davranışlarına diqqət edəcəkdir. Həmçinin, Həzrət Loğman (ə.s.) qissəsində diqqət çəkən məqamlarıdan biri də Allaha ibadətin vacibliyinə diqqət çəkildikdən sonra ailə daxili münasibətlərin vurğulanmasıdır. Buradan belə bir nəticə çıxara bilərik: Müsəlman əvvəlcə özü ilə Allah arasındakı münasibətlərə diqqət yetirməlidir. Allaha hörmət edən, onun təkliyini qəbul edən, ona ibadət edərək öz vəzifə borcunu yetirən şəxs istər istəməz insanlara da hörmət göstərəcəkdir. Qısaca; Rəbbini bilən özünü də bilər.

            Eyni şəkildə Həzrət Yusif qissəsinə nəzər yetirdiyimiz zaman da bir çox əhəmiyyətli mövzularla tanış oluruq. Allah, bizə, övlad-valideyn (Yusif, 12/4), valideyn-övlad münasibətləri başda olmaqla (Yusif, 12/5), çətin anlarda səbir etmənin fəzilətindən (Yusif, 12/18), insanları bağışlamağın önəmindən (Yusif, 12/97-98) və s. məsələlərdən bəhs edərək necə bir yol izləməyimizin vacibliyini bəyan edir.

            Yuxarıda qeyd etdiyimiz peyğəmbər qissələri ilə yanaşı, digər peyğəmbər qissələrində də Rəbbimizin buyuruqları xalqın başa düşə biləcəyi dildə çatdırılır. Bu qissələrə nəzər yetirən hər bir müsəlman hikmət xəzinəsindən faydalancaqdır. Peyğəmbərlərin həyatları ilə tanış olmaq, onların gördükləri işləri ağıl süzgəcindən keçirmək və həyatımızı onların təlimləri istiqamətində yenidən şəkilləndirmək bizi qiyamət günü axirət səadətinə götürəcəkdir. Çünki onlar, Allah nəzərində digər insanlardan fərqlidirlər. Allahın sevdiyi kimsələrlə birlikdə olmaq insana mənəvi ruh yüksəkliyi bəxş edər.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“ ŞUŞA BƏYANNAMƏSİ BÖLGƏDƏ SÜLHƏ XİDMƏT EDƏCƏK”

Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi...

Bağla