TÜRKİYƏ KƏŞFİYYATI PKK-NIN DAHA BİR FƏALINI MƏHV EDİB

0

Türkiyənin Milli İstikbarat Təşkilatı (MİT) İraqın Süleymaniyyə şəhərində keçirdiyi əməliyyat nəticəsində adı “qara siyahı”da olan terrorçu PKK-nın tanınmış silahlılarından Ulaş Doğanı zərərsizləşdirib.

“TRT Haber” xəbər verir ki, Ulaş Doğanın adı qırmızı bülletenlə axtarılanların siyahısında olub.

Məlumata görə, o, İraqın şimalında türklərə qarşı sensasiyalı hücum etməyi planlaşdırırmış. Doğan son vaxtlar İraqın şimalındakı şəhərlərdə mülki əhalini Türkiyəyə qarşı fəaliyyət göstərməyə cəlb edirmiş. O, terror hücumları etmək məqsədilə İraqın şimalındakı Türkiyə vətəndaşları barədə məlumat toplayırmış.

MİT bu terorçunu Süleymaniyyə əyalətinin Qaladizə rayonunda iyunun 13-də keçirdiyi əməliyyat nəticəsində zərərsizləşdirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ABŞ-DA MÜSƏLMANLAR İSLAMAFOBİYA SƏFİRİ TƏLƏB EDİRLƏR

Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresində “Müsəlman Konres Günü” keçiriləcək. ABŞ Müsəlmanları Təşkilatları Şurasının (USCMO) təşkilatçılığı ilə keçiriləcək tədbirdə 470 nümayəndə...

Bağla