TÜRKİYƏDƏ YERLI PEYVƏNDIN ADI “TURKOVAC” OLARAQ AÇIQLANDI

0

Türkiyənin koronavirus əleyhinə hazırladığı vaksinə “TURKOVAC” adı verilib.

Prezident Rəcəb Tayyib Ərdoğan könüllülərə yerli aşının üçüncü fazasının ilk dozasının vurulduğu Ankara Şəhər Xəstəxanasındakı mərasimə video-konfrans vasitəsilə qatlıb.

Dövlət başçısı “Ölkəmizi bu pendemiya bəlasından tez zamanda qurtarmaq üçün yerli peyvəndimizin olması böyük əhəmiyyət kəsb edir.  Üçüncü fazanın ilk tətbiqi ilə birlikdə Türkiyə artıq bu sahədə bir dönəmin qapılarını açır. Bir neçə həftə ərzində ölkəmizdəki 18 yaşdan yuxarı əhalinin hamısının peyvəndlənməsinə nail olacağıq” deyə vurğulayıb.

Prezident Ərdoğan yerli “Covid-19” peyvəndin adının “TURKOVAC” olduğunu da elan edib.

 

TRT

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“AZAD OLUNMUŞ QARABAĞ GÖZƏL GÖRKƏMİ İLƏ YENİDƏN CANLANACAQ”

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ABŞ-ın nüfuzlu «Vicdana çağırış» Fondunun prezidenti Ravvin Artur Şnayerlə videoformatda görüşdü. QMİ sədri...

Bağla