TÜRKİYƏNİN DİNİ KOMİTƏSİNDƏN HƏCC ZİYARƏTİ QƏRARI

0

Türkiyənin “Diyanet” komitəsi Həcc və Ümrə departamenti 2021-ci il Həcc ziyarəti barədə iclas keçirib. Qurumun sədri Əli Erbaşın da iştirak etdiyi iclasda Səudiyyə Ərəbistanı hökumətinin qlobal pandemiya səbəbindən 2021-ci il Həcc ibadətini ölkədə yaşayan müxtəlif millətlərə aid məhdud sayda zəvvarın ifa edəcəyi, xaricdən zəvvar qəbul edilməyəcəyinə dair qərarı müzakirə edilib.

Xatırladaq ki, 2020-ci ildə püşkatma ilə Həccə getmək hüququ əldə edən Türkiyə vətəndaşlarının bu haqqı, qlobal pandemiya məhdudiyyəti səbəbindən 2021-ci ilə keçirilmişdi. Məhdudiyyətləri davam etməyi səbəbindən bu haqq yenidən 2022-ci ilə qədər təxirə salınıb. Həccə getməkdən imtina edən zəvvrların pulları isə özlərinə qaytarılacaq.

Qeyd edək ki, hər Türkiyədən milyonlarla müsəlman Həcc ziyarətinə getmək istəyir, Səudiyyə Ərəbistanı isə bu ölkəyə sadəcə 83 min 430 nəfərlik kvota verib. Bu səbəblə də Türkiyədə zəvvarlar püşkatma yoluyla müəyyən edilirlər.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
RUSİYA İLƏ TÜRKİYƏ LİDERLƏRİ QARABAĞLA BAĞLI MÜZAKİRƏ APARIB

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin ilə Rəcəb Tayib Ərdoğan arasında telefon söhbəti zamanı Qarabağdakı vəziyyətə dair fikir mübadiləsi aparılıb....

Bağla