QURBAN BAYRAMINA GÖRƏ AZƏRBAYCANDA 4 GÜN İŞ OLMAYACAQ – QƏRAR

0

Azərbaycanda Qurban bayramı ilə əlaqədar iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib.

Bununla əlaqədar Baş nazir Əli Əsədov “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərar imzalayıb.

Qeyd edək ki, iyulun 20 və 21-də Azərbaycanda Qurban bayramı qeyd olunacaq. Əmək Məcəlləsinə əsasən, qeyd olunan günlər qeyri-iş günləri sayılır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SABİRABAD RAYONU QARATOĞAY KƏND MƏSCİDİ YANIB – FOTO

Sabirabad rayonunun Qaratoğay kənd məscidində baş verən yanğın qısa müddət ərzində söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd edilib...

Bağla