Türkiyə Diyanet komitəsinin sədri professor Əli Erbaş ölkənin 81 vilayətində hafizlik təlimlərinin davam etdiyini bildirib.
“Həqiqətin və hidayətin mənbəyi olan əziz kitabımız Qurani-Kərimə xidmət etmək, mühafizi olmaq, hafizlik ənənəsini qorumaq, inkişaf etdirmək və daimi hala gətirmək məqsədi ilə Diyanet komitəsi tərəfindən aparılan Hafizlik təlimlərimiz 81 vilayətdə davam edir.” – deyə Erbaş sosial şəbəkədəki şəxsi səhifəsində bildirib.
Əli Erbaş sosial şəbəkədə Diyanetin hafizlik təlimi barədə hesabat da paylaşıb. Bu hesabata görə, 1679 Quran kursunda 6 839 müəllim və 71 437 şagirdlə hafizlik təlimi üz-üzə və ya distant olaraq fasiləsiz davam edir.
Həmçinin pandemiya dövründə 12 407 şagird Qurani-Kərimi başdan sona qədər əzbərləyərək Hafiz sertfikatı alıb.
Bundan başqa “Quran kursu – məktəb əməkdaşlığı” ilə 233 kursda 11 112 şagird, “Hafizlik təkrar proqramı” ilə 67 kursda 1 105 şagird hafizlik təlimlərinə davam edir.
Hesabatın yekununda bildirilib ki, “Hafizlik tədris kursları təlim proqramı” Adana, Ankara, Diyarbəkir, Ərzurum, İstanbul, İzmir və Rizədə 115 kursda 2 132 şagirdlə davam edir.