Birləşmiş Millətlər Təşkilatı (BMT) Efiopiyanın şimalında davam edən insidentlər səbəbindən Tiqray, Afar və Amhara əyalətlərindən 5.5 milyon insanın aclıq təhlükəsi ilə qarşı-qarşıya olduğunu bildirib.
Bu barədə açıqlama verən BMT Ərzaq və Kənd təsərrüfatı Təşkilatı (FAO) insidentlər səbəbindən bölgədəki kənd təsərrüfatı məhsullarının 90%-nin qarət və yanğına məruz qaldığını qeyd edib. Həmçinin, bölgədəki iri buynuzlu mal-qaranın 17 milyonunun, xırda buynuzlu ev heyvanlarının 15%-nin qarət edildiyi və ya kəsildiyi bildirilib.
Təşkilat bildirib ki, 2021-ci il iyun rəqəmlərinə görə Tiqray, Amhara və Afarda 5.5 milyon insan ərzaq təhlükəsizliyinə məruz qalıb, onlardan 350 min nəfərin vəziyyəti qıtlıq səviyyəsindədir.
FAO bölgədəki böhranın həyəcan siqnalı səviyyəsində olduğunu qeyd edib və yerli iqtisadiyyatın çökmə həddində olduğunu vurğulayıb.