TÜRKİYƏ MAARİF VƏQFİ AZƏRBAYCANDA FƏALİYYƏTƏ BAŞLAYACAQ

0

Türkiyə Maarif Vəqfinin Azərbaycanda təhsil fəaliyyətinə başlaması işləri sürətləndirilir. Bu barədə Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığına dair fəaliyyət planında əks olunub.

Sənəddə qeyd edilib ki, 2021-2022-ci illərdə Türkiyə Maarif Vəqfinin Azərbaycanda təhsil fəaliyyətlərinə başlaya bilməsi üçün Anlaşma Memorandumunun imzalanması sürətləndiriləcək.

Türkiyə Maarif Vəqfinin fəaliyyətlərini, imtiyaz və istisnalarını tənzimləyəcək hökumətlərarası sənəd layihəsi diplomatik kanallar vasitəsi ilə Azərbaycan tərəfinə təqdim ediləcək.

Bu işlərin həyata keçirilməsi Azərbaycan tərəfdən Təhsil Nazirliyinə Türkiyə tərəfdən isə Türkiyə Maarif Vəqfi və Milli Təhsil Nazirliyinə tapşırılıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ MƏRDƏKAN QALASI VƏ TUBA ŞAH MƏSCİDİNİ BƏRPA EDƏCƏK

Bakının Mərdəkan qəsəbəsində yerləşən Böyük Mərdəkan qalası və Tuba Şah məscidi restervasiya olunacaq. Qala və məsciddə təmir-bərpa işləri Türkiyə Əməkdaşlıq...

Bağla