ABŞ Hantsvill şəhərindəki Alabama universitetində bir qrup tədqiqatçı kosmik fəzada heç bir qalaktikanın olmadığı bir yerdə böyük bulud kəşf ediblər.
Məlumata görə, “Yetim” bulud adlandırılan qeyri-adi kəşf günəşdən 10 milyard dəfə böyükdür və kütləsi isti qazla doludur.
Şərti olaraq A1367 adlandırılan bu kəşf, bizim qalaktikamızın da olduğu 70 qalaktikalıq qrupdan 300 milyon işıq ili uzaqlıqdadır.
Qeyri-adi bulud kainat boşluğundadır və onun ətrafında hər hansı bir qalaktika yoxdur.
Məlumata görə, bulud Avropa Kosmik Agentliyinə (ESA) aid “X-ray Multi-Mirror Mission” adlı teleskopla kəşf edilib. Bulud həmçinin Avropa Cənub rəsadxanasındakı böyek teleskop və Yaponiyadakı optik teleskopla da müşahidə edilib.
“Bu həyəcan verici, eynizamanda təəccüblü bir kəşfdir. Bu kəşf, ən qədim təbiət elmlərindən olan astronomiyada hər an yeni sürprizlə qarşılaşa biləcəyimizi göstərir.” – deyə tədqiqat qrupunun rəhbəri Dr. San bildirib.