MƏKKƏDƏ QURBAN BAYRAMININ KEÇİRİLƏCƏYİ TARİX AÇIQLANDI

0

Səudiyyə Ərəbistanı krallığında Qurban bayramının 20 iyul çərşənbə axşamı günü keçiriləcəyi açıqlanıb.

Bu barədə krallığın rəsmi SPA agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Səudiyyə Ərəbistanı ali məhkəməsi 11 iyulun zilhiccə ayının ilk günü olduğunu, 19 iyulun isə Həcc ibadətinin başlayacağı ərəfə günü olduğunu elan edib.

Açıqlamada, hicri-qəməri təqvimin 12-ci ayı zilhiccənin 10-na təsadüf edən Qurban bayramının ilk gününün 20 iyulda olacağı bildirilib.

Xatırladaq ki, qlobal pandemiya səbəbindən Səudiyyə Ərəbistanı bu il də ötən il olduğu kimi Həcc ibadəti üçün əcnəbi zəvvar qəbul etməyib. Bu il ölkə daxilindən xroniki xəstəliyi olmayan 18-65 yaş arası 60 min insan Həcc edəcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KANADADA XÜTBƏLƏRDƏ KÜTLƏVİ ÖLDÜRÜLƏN HİNDU UŞAQLARI YAD EDİLƏCƏK

Kanadada müsəlmanlara aid “İmamlar Şurası” yerli xalqların problemlərini cümə xütbələrində gündəmə gətirməyi qərara alıb. Mərkəzi paytaxt Torontoda olan və 75...

Bağla