“Son illərdə qərb ölkələrində çoxalan islamafobiyanın səbəblərini səlib yürüşlərində axtarmaq lazımdır. İslam qorxusu Qərb dünyasına dərindən kök salıb və bu, min ildir belədir.”
Bu sözləri ABŞ-ın məşhur linqvist, filosof, tarixçi və politoloqu Abraham Noam Çomski son illər Avropada və Amerikada islamafobiyanın yayılmağını şərh edərkən deyib.
Çomski bu fikirlərinə mənbə kimi, tarixçi Uilyam Polkun “Səlib yürüşləri və cihad: İslam dünyası ilə qlobal şimal arasındakı 1000 illik müharibə” əsərini göstərib.
“Bu kitab Qərb dünyasının islam qorxusu barədə ətraflı məlumat verir. Üstəlik avropalılar inanılmaz dərəcədə irqçidirlər. İslamafobiyanın açıq-aşkar çoxalmağının səbəblərini görmək üçün tarixdə baş vermiş hadisələr yaxşı təhlil edilməlidir. Bu problemi həll etmək üçün islamafobiyanın nə olduğunu başa düşmək lazımdır. Cəmiyyətlər marifləndirilməmiş, onlara yaxşı təhsil verilməmiş ictimai problemlərin həlli mümkün deyil.” – deyə Çomski qeyd edib.