ALLAH SƏNƏ NƏ DEYİR?

0

Sən yoruldum deyirsən,

Allah:

وَاصْبِرْ لِحُكْمِ رَبِّكَ فَإِنَّكَ بِأَعْيُنِنَا

Sən öz Rəbbinin hökmünə səbr et! Həqiqətən, sən Bizim Gözlərimiz önündəsən. (Tur, 52/48)

 

Sən bu necə olacaq deyirsən,

Allah:

لَا تَدْرِي لَعَلَّ اللَّهَ يُحْدِثُ بَعْدَ ذَٰلِكَ أَمْرأً

Sən bilmirsən, ola bilsin ki, Allah bundan sonra başqa bir hökm versin. (Talaq, 65/1)

 

Sən bu çox çətindir Allahım deyirsən,

Allah:

إِنَّهُمْ يَرَوْنَهُ بَعِيدًا وَنَرَاهُ قَرِيبًا

Onlar onun (əzabın) uzaq olduğunu düşünürlər. Biz isə onun yaxın olduğunu görürük. (Məaric, 70/6,7)

 

Sən daşıya bilmirəm deyirsən,

Allah:

لَا يُكَلِّفُ اللَّهُ نَفْسًا إِلَّا وُسْعَهَا

Allah heç kəsi gücü yetdiyindən artıq yükləməz.  (Bəqərə, 2/286)

 

Sən rahat olmaq istəyirəm deyirsən,

Allah:

وَلَسَوْفَ يُعْطِيكَ رَبُّكَ فَتَرْضَىٰ

Tezliklə Rəbbin sənə (nemət) verəcək, sən də razı qalacaqsan. ( Duha, 93/5)

 

O həqiqətən mümkündürmü deyirsən,

Allah:

 إِنَّ ذَٰلِكَ عَلَى اللَّهِ يَسِيرٌ

Həqiqətən, bu, Allah üçün asandır. (Fatir, 35/11)

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
NAMAZ NƏ ÜÇÜN YUXUDAN XEYİRLİDİR?

Namaz yuxudan ona görə xeyirlidir ki, yuxu nəfsin istəklərinə cavab verməkdir, namaz isə Allahın nidasına cavab vermək. Namaz yuxudan ona...

Bağla