“Ümumdünya Müsəlman Alimlər Şurası” Əfqanıstanda talibançılar tərəfindən qurulması planlaşdırılan müvəqqəti hökumətə İslam prinsiplərini mənimsəməyi məsləhət görüb.
Bu barədə şuranın internet saytında bəyanat yayılıb. Bəyanatda, yeni hökumətin baş naziri olması gözlənilən Molla Muhamməd Həsən Axund təbrik edilib. Həmçinin yeni hökumətdən Həzrəti Muhamməd (ﷺ) və dörd xəlifənin qurduğu kimi islami dövlət modelinin mənimsənməyi tələb olunub.
Müvəqqəti hökumətdən; şura sisteminin həyata keçirilməsi, ədalətin təmin edilməsi, qan tökülməsinin qarşısının alınması,insan hüquq və azadlıqlarına hörmət edilməsi, social konsensusun təmin edilməsi və sülh mühitinin yaradılması istənib.
Şura bu cür hökumətə hər cür dəstəyi verəcəyini bəyan edib.