ÇİNDƏ UÇURULAN MƏSCİDİN YERİNDƏ HİLTON OTELİ TİKİLƏCƏK

0

Şərqi Türküstanda Çinin communist rejimi tərəfindən uçurulan məscidin yerində Hilton qrupunun otel tikməyə hazırlaşması çox sayda islami təşkilat tərəfindən etirazla qarşılanıb.

“Amerikan İslam Münasibətləri Şurası” (CAIR) Hilton otellərinə qarşı embarqo kampaniyası başladıb. Başda “Uyğur Hərəkatı”, “Ümumdünya Uyğur Konqresi” və “Uyğur İnsan Hüquqları Layihəsi” olmaqla 40-dan çox QHT CAIR-in başlatdığı kampaniyaya dəstək verib.

Kampaniya barədə Vaşinqtonda mətbuat konfransı keçirən CAIR-in icraçı direktoru Nihad Avad Hilton qrupunu soyqırımına ortaq olmaqda ittiham edib.

“Bu məsələni fikirləşmək və yenidən dəyərləndirmək üçün Hilton otelinə 4 aydan çox vaxt vermişdik. Onlarla bilavasitə görüşlərimiz də oldu, amma nəticə əldə edə bilmədik. Təəssüf ki, Hilton oteli soyqırımına ortaq olmağı və pul qazanmağı bütün dəyərlərdən üstün tutmuşdur.” – deyə Nihad Avad vurğulayıb.

Tədbirin iştirakçıları tikinti dayandırılana qədər Hilton otellərinə qarşı embarqonun davam edəcəyini vurğulayıblar.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ZÖHR NAMAZI NECƏ QILINIR?

Bağla