30 MİN NƏFƏRİN HİDAYƏTİNƏ VƏSİLƏ OLAN DİN XADİMİ ÖLDÜ – VİDEO

0

Səudiyyə Ərəbistanının paytaxtı Riyaddakı bir xəstəxanada müalicə olunan məşhur moizəçi Şeyx Muhamməd Dilabina vəfat edib.

Daha əvvəl filippinli xristian rahib olan Şeyx Dilabina 30 il bundan qabaq islam dininin həqiqətləri ilə tanış olduqdan sonra müsəlman olub. Müsəlman olduqdan sonra böyük həvəslə islam dinini təbliğ edən Dilabina, Səudiyyə Ərəbistanı krallığının Batha bölgəsindəki Çağırış dərnəyində 25 ildən çox fəaliyyət göstərib.  

Burada fəaliyyət göstərərkən xüsusilə qeyri-müsəlmanblara islam dinini təbliğ edən Dilabina, həyatı boyu təqribən 30 min nəfərin hidayətinə vəsilə olmuşdur.

Dərnəklə yanaşı məscidlərdə və müxtəlif yığıncaqılarda da islamı anladan Dilabina, vizual dünyada videolar vasitəsilə təbliğə davam etmişdir.

Müalicə edildiyi xəstəxanada son nəfəsinə qədər telefonla xidmətə davam edən və insanların hidayətinə səbəb olan Dilabina, son nəfəsində həyatı boyu təkrarladığı “Əşhədu ən la iləhə illəllah və əşhədu ənnə Muhammədən abduhu və rasuluh” deyərək dünyasını dəyişib.

Allah rəhmət eləsin.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ALİM QASIMOV ŞUŞADA AZAN OXUDU – VİDEO

Xalq artisti Alim Qasımov Şuşada azan oxuyub. “Qafqazinfo” xəbər verir ki, sözügedən görüntüləri Xalq artisti Zülfiyyə Xanbabayeva instaqram hesabında paylaşıb....

Bağla