ƏRDOĞAN: “İĞDIRDAN AZƏRBAYCANA YOL ÇƏKƏCƏYİK”

0

“Əgər cənab Vladimir Putin dövlət xadimi keyfiyyətlərini tam mənasında ortaya qoymasaydı, Azərbaycandan bu formada çıxmaq mümkün olmazdı. Amma öz dövlət xadimliyi, dövlətçilik təcrübəsini dəqiq qərarlarla ortaya qoyduğu üçün, Azərbaycandan çox müsbət şəkildə çıxma şansı qazandıq”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da türkiyəli jurnalistlərə müsahibəsində deyib.

“Hazırda Azərbaycanda intensiv fəaliyyət davam edir. Məsələn, cənab Prezident İlham Əliyev istədiyi vaxt, istədiyi formada Putinlə danışır, görüşür. Çox qısa zamanda əlaqələrimizi qurub müzakirələrimizi apara bilirik”, – Ərdoğan bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, İğdırdan Azərbaycana yol çəkiləcək: “Bura dəmir yol xətləri də daxildir. Bu yolun çəkilməsi çox önəmli bir addım olacaq”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SENTYABRIN 27-DƏ AZƏRBAYCANDA ANIM GÜNÜ QEYD OLUNACAQ

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını...

Bağla