Norveçli 25 yaşlı Culianna Froyset İslam dinini qəbul edib. Bu barədə Froyset özü yerli mətbuata açıqlama verib. Gənc qız Qurani-Kərimdəki bir ayənin təsirində qaldığını deyib.
“Norveçin Vardo bölgəsində anadan olmuşam. Dindar xristian bir ailədə böyüdüyüm üçün alkoqol və siqaretdən istifadə etməmişəm.
Yetkinlik dövrümdə dünyanı yaradan bir Tanrı olduğunu fikirləşsəm də inanclı bir xristian olduğum üçün bu mövzunu çox da araşdırmırdım. Daha sonra islam dini ilə maraqlandım və internetdə onu araşdırmağa başladım. Bir çox insanın İslamı qəbul etdiyini gördüm və bu, müsəlman olmağıma səbəb oldu.” – deyə gənc qız mətbuata açıqlamasında bildirib.
Froyset həmçinin Qurani-Kərimdən Qasas surəsi 56-cı ayənin, “(Ya Rəsulum!) Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah dilədiyini doğru yola salar. Doğru yolda olacaq kəsləri (öz əzəli elmi ilə) daha yaxşı O bilir!” ona çox təsir etdiyini qeyd edib.