Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı sosial şəbəkədəki səhifəsində yağışlı Bakı günündən hamını salamlayıb.
İslamveirfan.com xəbər verir ki, səfir paylaşımında dövlətə və millətə xeyir-dua verib.
“Yağışlı Bakıdan hamıya salam
Xeyirlər fəth olsun
Şərlər dəf (rədd) olsun
Könüllər şad olsun
Ağıl başa gəlsin, fitnə daşa gəlsin Dövlətimiz payidar olsun
Birlik və dirilik daim olsun, Millətimiz salamat olsun, düşmənlərimiz qəhri-pərişan olsun
İşlərimiz xeyirli, qazancımız bərəkətli olsun.” – deyə Cahit Bağcı tvitter paylaşımında vurğulayıb.