ARAKANLI MÜSƏLMAN LİDER SUİ-QƏSD NƏTİCƏSİNDƏ ÖLDÜRÜLÜB

0

Banqladeşin cənubundakı qaçqın düşərgəsində məskunlaşan arakanlı müsəlmanların lideri Muhibullah (Mohib Ullah) öldürülüb.

Bu barədə Nyu Yorkda yerləşən Human Rights Watch təşkilatının saytında məlumat yayılıb. Məlumatda bildirilir ki, Banqladeşin Koks Bazar bölgəsindəki “Kutupalong” qaçqın düşərgəsində “Arakan Roginya Sülh və İnsan Hüquqları Dərnəyi”nin sədri Muhibullah silahlı şəxslərin hücumuna məruz qalaraq öldürülüb.

“Muhibullah, qaçqın kimi Banqladeşə gələndə dəhşətli itkiləri olmuş və böyük sıxıntılar yaşamış arakanlı müsəlman icmasının güclü səsi idi.” – deyə Human Rights Watch təşkilatının Cənubi Asiya üzrə nümayəndəsi Minakşi Gangli bildirib.

Ağ evə dəvət edilən və BMT İnsan Hüquqları Şurasının iclasında çıxış edən Muhibullahın arakanlı müsəlmanların ən yuxarı profilli müdafiəçilərindən olduğu bildirilir.

Arakanlı müsəlmanların problemlərini bütün dünyaya çatdıran Muhibullah, Banqladeş düşərgələrində baş verən cinayət, təcavüz və zorakılıq hadisələri barədə beynəlxalq tədqiqatçılara məlumat verirdi.

Allah rəhmət eləsin.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVİN ALİ ORDEN VƏ RÜTBƏ İLƏ TƏLTİF EDİLMƏSİ TƏKLİF OLUNUB

“Vətən müharibəsində xüsusi qəhrəmanlıq göstərmiş Ali Baş Komandan İlham Əliyev təltif edilməyib. Nəzərə alaq ki, Vətən müharibəsindəki qələbənin əldə edilməsində...

Bağla