Türkiyənin xüsusi xidmət orqanı Milli İstihbarat Təşkilatı (MİT) və Türk Silahlı Qüvvələrinin (TSK) keçirdiyi ortaq əməliyyatla PKK terror təşkilatının təhlükəli terrorçusu zərərsizləşdirib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, MİT və TSK-nın Kandil dağında keçirdiyi ortaq əməliyyatla PKK/KCK terror qruplaşmasının Kərkük üzrə məsul şəxsi Mehmet Hatip Arıtürk zərərsizləşdirilib.