ƏRDOĞAN: “QARŞIDAKI HƏFTƏLƏRDƏ AZƏRBAYCANA SƏFƏR EDƏCƏYƏM”

0

 “Qarşıdakı həftələrdə yenə Azərbaycanda olacağıq”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Millət Məclisinin növbəti qanunvericilik ilinin açılışında deyib.

“Keçən il Türkiyə Böyük Millət Məclisinin növbəti qanunvericilik ilinin açılışında Vətən müharibəsi aparan azərbaycanlı qardaşlarımıza dualarımızı çatdırmışdıq. Çox şükür, 44 gün davam edən çətin mübarizə Azərbaycanın zəfəri ilə başa çatdı. Beləliklə, 30 ilə yaxın işğal altında olan Qarabağ və Azərbaycanın digər torpaqları işğaldan azad edildi. Biz də Bakı və Şuşanı ziyarət edərək azərbaycanlı qardaşlarımızın sevincinə ortaq olduq. İnşallah, qarşıdakı həftələrdə azərbaycanlı qardaşlarımızla yenə bir araya gələcəyik”, – o vurğulayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MİT VƏ TSK TƏHLÜKƏLİ TERRORÇUNU ZƏRƏRSİZLƏŞDİRDİ

Türkiyənin xüsusi xidmət orqanı Milli İstihbarat Təşkilatı (MİT) və Türk Silahlı Qüvvələrinin (TSK) keçirdiyi ortaq əməliyyatla PKK terror təşkilatının təhlükəli...

Bağla