GYF-DƏ “ŞANLI ZƏFƏRİMİZ” ADLI ANIM TƏDBİRİ KEÇİRİLİB

0

Bu gün “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının tariximizin şanlı səhifəsinə çevrilən 27 sentyabr II Qarabağ müharibəsinin başlanması və bu yolda canlarını fəda edən cəsur Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Şanlı Zəfərimiz” adlı anım tədbiri keçirilib. Tədbirdə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqalədə və səaliyyətli səfiri Doç. Dr. Cahit Bağcı, Türkiyə Cümhuriyyəti Bakı Böyük Elçiliyi Din Hizmetleri Müşaviri Zeki Yavuzyılmaz, millət vəkilləri Ceyhun Məmmədov və Anar İsgəndərov, QHT rəhbərləri, media təmsilçiləri, müxtəlif dövlət qurumlarının nümayəndələri, ehtiyatda olan hərbiçilər, şəhid ailələri, qazilər və alimlər iştirak edib.

“Tərxis Olunmuş Gənclərin Hərbiçiləri Maarifləndirmə Birliyi”nin sədri Emin Həsənli tədbiri giriş sözü ilə açaraq “Qardaşlığımız əbədidir” QHT Koalisiyasının diqqətinin hər zaman şəhid ailələri və qazilərin üzərində olduğunu və koalisiyanın bu kimi tədbirləri daim təşkil etdiyini qeyd edib.

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqalədə və səaliyyətli səfiri Doç. Dr. Cahit Bağcı Azərbaycan Türkiyə arasındakı qardaşlıq münasibətlərinin böyüklüyünə və gücünə Vətən Müharibəsində bir daha şahidlik edildiyini, Azərbaycanın haqq davasında, işğal altında olan 20% torpaqlarının geri qaytarılmasında başda İlham Əliyev olmaqla bütün Azərbaycanın rolu və əməyinin olduğunu, həmçinin Azərbaycanı hər zaman özünə qardaş hesab edən Türkiyə Respublikası ikinci Qarabağ Müharibəsində öz dəstəyini əsirgəmədiyini bildirib.

Millət vəkili Ceyhun Məmmədov çıxış edərək bildirib ki, şəhidlərin və qazilərin sayəsində artıq torpaqlarımız azad edilib, onların qorxmazlığı, cəsarəti və şücaəti nəticəsində bizlər vətənimizin bütövlüyünün şahidi oluruq. Tarix elmləri doktoru, professor Anar İsgəndərov Azərbaycan tarixinin qələbələrlə zəngin olduğunu, hər bir azərbaycanlının vətənin azadlığı uğrunda canlarından keçməyə hazır olduqlarını, amma bu zəfərin, əvvəlkilərdən daha şanlı, daha ali bir zəfər olduğunu qeyd edib.

General-leytenat Yaşar Aydəmirov isə Azərabaycanın hərb tarixindən, döyüş taktikaları və strateji planlarından bəhs edib.

Vətən müharibəsinin qaziləri XTQ-nin baş giziri Bani-Paşa Əvəz və baş gizir Məmmədov Mahir öz çıxışlarında Vətən müharibəsindəki Azərbaycan ordusunun şücaətindən bəhs edib və məğrur azərbaycan xalqına öz təşəkkürlərini bildiriblər.

Daha sonra çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti cənab Ahmet Tecim 27 sentyabrdan başlayan 44 günlük müharibənin milli-mənəvi duyğuları, Azərbaycan xalqının, xüsusi ilə gənclər və uşaqların özünəinamını, dövlətə inamını gücləndirdi. Bu yolda Vətən Müharibəsi şəhidlərinin və qazilərinin əməyi ödənilməzdir. Bizlər də daim onların qayğısına qalmalıyıq, şəhid ailələri və qaziləri daim diqqətdə saxlamalıyıq deyə qeyd edib.

Tədbirin sonunda Türkiyə Cümhuriyyəti Bakı Böyük Elçiliyi Din Hizmetleri Müşaviri Zeki Yavuzyılmaz tərəfindən şəhidlərimizin ruhuna dua oxunub və şəhidlərimiz üçün ehsan süfrəsi açılıb.

Qeyd edək ki, “Qardaşlığımız Əbədidir” QHT Koalisiyası Azərbaycanın bir qrup QHT-ləri tərəfindən 2018-ci ilin fevral ayında Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına, iki dövlət arasındakı əlaqələrin sıxlaşdırılmasına ictimai dəstək vermək üçün yaradılıb. Koalisiya Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə Birliyi, Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti, Gəncliyə Yardım Fondu, Dünya Gənc Türk Yazarlar Birliyi, Müasir İnkişaf Birliyi, Türkiyə Universitetləri Məzunları Birliyi, Türk Dövlətlərilə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti, Könüllülük Fəaliyyətinin Təbliği gənclər birliyinin təsisçiliyi ilə yaranıb.

Bir 4 kişi ve ayakta duran insanlar görseli olabilir

Bir 11 kişi ve ayakta duran insanlar görseli olabilir

Bir ayakta ve iç mekan görseli olabilir

Bir 3 kişi ve ayakta duran insanlar görseli olabilir

Bir 3 kişi, ayakta duran insanlar ve oturan insanlar görseli olabilir

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
GÖZLƏNİLƏN HAVA ŞƏRAİTİ İLƏ ƏLAQƏDAR ƏHALİYƏ MÜRACİƏT EDİLİB

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Müraciətdə deyilir: "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, oktyabrın...

Bağla