Fransanın Strasburq şəhərində tikintisi davam edən “Eyyub Sultan” məscidinə imzasız təhdid məktubu göndərilib. “Müharibə elanı” başlıqlı məktubda, Fransada İslamın yeri olmadığı qeyd edilib. Təhdid və təhqirlərin yer verildiyi məktubda müsəlmanlardan İslam dini ilə Fransa arasında seçim etməkləri istənib.
“Əlbəttə insanların əksəriyyəti İslamı seçəcək. Elə isə Fransada nə işiniz var? Hazır olun, məscidlərinizdə daha əvvəl görünməmiş şəkildə hücumlara məruz qalacaqsınız.” – deyə məktubda yazılıb.
Qeyd edək ki, “İslam İcması Milli Görüş” təşkilatı tərəfindən tikdirilən Eyyub Sultan məscidiŞ tikintisi başa çatdıqdan sonra Avropanın ən böyük məscidi olacaq.