“Google” axtarış saytının əsas səhifəsi Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 illiyinə həsr edilib.
Məlumata görə, Azərbaycanın bayrağını klik edəndə Müstəqilliyin Bərpası Günü ilə bağlı məlumatlar olan səhifələrə keçilir.
Xatırladaq ki, dünyanın ən böyük virtual axtarış sistemi olan Google dünyada baş verən əlamətdar hadisə və tədbirləri öz səhifəsində qeyd edir.