ABŞ Nümayəndələr Palatasının ilk müsəlman qadın vəkillərindən olan Ilhan Omar, islamofobiyaya qarşı mübarizə üçün qanun layihəsi hazırlayıb. Millət vəkili bu layihə ilə, Dövlət Departamentinə bağlı “İslamofobiya ilə mübarizə xüsusi nümayəndəsi” təyin olunmasını tələb edir.
Layihədə bildirilir ki, dövlətin işçisi olacaq bu nümayəndə islamofobiyaçı zorakılıq hadisələrini tədqiq etməli və xarici ölkələrdə müsəlmanların əleyhində baş verən hadisələr barədə hesabat hazırlamalıdır.
“Demək olar ki, dünyanın hər yerində islamofobiyanın çoxaldığını görürük. Seçildiyim Minesota əyalətində bir İslam mərkəzinin divarlarına vandallar nifrət nitqləri yazıblar və nasist simvollar çəkiblər. Bu cür problemlər ABŞ və xaricdəki müsəlmanların ortaq problemidir.” – deyə Ilhan Omar bildirib.
Bu qanun layihəsi digər ilk müsəlman qadın millət vəkili Rashida Tlaib, Nyu-York millət vəkili Aleksandra Okasio-Kortez tərəfindən də dəstəklənib.