Fransanın Allonnes şəhərində bir məscid “radikal islamı müdafiə etdiyi” iddiası ilə 6 aylıq müddətə bağlanıb. Bu barədə Sarte əyalətinin valiliyi məlumat yayıb. Məlumatda, Allonnesdə 300 nəfərlik məscidin terroru leqallaşdırdığı, baş verə biləcək teraktın qarşısının alınması üçün həmin məscidin müvəqqəti olaraq bağlandığı bildirilib.
Qeyd edək ki, Sarte valiliyi oktyabrın 13-də, daxili işlər naziri Cerald Darmaninin təlimatı ilə bu məscidin bağlanması üçün işə başladıqlarını bildirmişdi.
Xatırladaq ki, Cerald Darmanin “radikallaşma” iddiası ilə yoxlama aparılan 89 məscidin ⅓-nin fəaliyyətinin dayandırıldığını, Sart, Mort-i-Mozel’, Kot-d’Or, Rona, Gar bölgələrində də 6 məscidi bağlamaq üçün işə başladıqlarını qeyd edib.