Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin dəvəti ilə Qarabağda səfərdə olan Türkiyənin Diyanət işləri başqanı Ali Erbaş Şuşadakı Yuxarı Cövhərağa məscidində azan oxuyub.
İslamveirfan.com xəbər verir ki, bu barədə Diyanet sədri Əli Erbaş sosial şəbəkədəki şəxsi səhifəsində paylaşım edib.
“Qarabağın qəlbi qədim Şuşa şəhərinin işğaldan qurtuluşunun simvolu olan Yuxarı Cövhərağa məscidində azan oxumaq bizə də nəsib oldu.
Allah-Taala bölgələrimizi qiyamətə qədər islamın salamatçılığından və azan səslərindən məhrum etməsin.” – deyə Diyanətin sədri paylaşımında bildirib.
Karabağ'ın kalbi kadim şehir Şuşa’nın işgalden kurtuluşunun sembolü olan Yukarı Gövher Ağa Camii’nde ezan okumak bizlere de nasip oldu.
Cenab-ı Hak coğrafyamızı kıyamete kadar İslam'ın esenliğinden ve ezan seslerinden mahrum eylemesin.pic.twitter.com/0SVRKX0vsw
— Prof. Dr. Ali Erbaş (@DIBAliErbas) October 27, 2021