İLHAM ƏLİYEV BİNƏLİ YILDIRIMI QƏBUL EDİB

0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Türkiyə Respublikasının sabiq Baş naziri Binəli Yıldırımı qəbul edib.

Görüşdə “COVID-19-dan sonrakı dünya” adı altında VIII Qlobal Bakı Forumunun mühüm məsələləri müzakirə etmək baxımından çox vacib beynəlxalq tədbir olduğu bildirildi, bu Forumun yüksək səviyyədə təşkil olunduğu vurğulandı.

Qeyd edildi ki, pandemiyaya baxmayaraq, Forumda çox sayda nüfuzlu qonağın iştirak etməsi bu tədbirə və Azərbaycana olan marağı göstərir. Forumun beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik bildirildi.

İlham Əliyev Binəli Yıldırımı qəbul edib

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN PREZİDENTİ TÜRK ŞURASININ BAŞ KATİBİNİ QƏBUL EDİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi qəbul edib. Görüşdə Türkdilli Dövlətlərin...

Bağla