“44 GÜNLÜK MÜHARİBƏNİN NƏTİCƏLƏRİ CƏNUBİ QAFQAZIN TARİXİNDƏ YENİ SƏHİFƏ AÇIB”

0

Türkiyə Azərbaycan və Ermənistan liderlərinin dialoqa hazır olduqları barədə bəyanatlarını, eləcə də hər iki ölkənin parlamentariləri arasında təmasların başlanmasını alqışlayır.

Bunu Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop ATƏT Parlament Assambleyasının sədri Marqareta Sederfeltlə görüşündə deyib.

Şentopun sözlərinə görə, 2020-ci ildə 44 günlük müharibənin nəticələri Cənubi Qafqazın tarixində yeni səhifə açıb.

Türkiyə parlamentinin sədri qeyd edib ki, sülh və normallaşma regionun bütün dövlətlərinin maraqlarına uyğundur.

“Bu, Türkiyə ilə Ermənistan arasındakı münasibətlərə də aiddir. Prezident Rəcəb Tayyib Ərdoğan daha əvvəl bəyan etmişdi ki, Ermənistan tərəfindən səmimi addımlar olarsa, Ankara İrəvanla əlaqələri mərhələli şəkildə normallaşdırmağa hazırdır. Türkiyə ilə Ermənistan, eləcə də Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesləri bir-birini tamamlamalıdır”, – Şentop bildirib.

TBMM sədri vurğulayıb ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT sədrinin xüsusi nümayəndəsi Cənubi Qafqazda yeni reallıqları nəzərə almalı və uzun müddət davam edən danışıqların səmərəli olmamasının səbəblərini təhlil etməlidir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KƏLBƏCƏR İSTİQAMƏTİNDƏ MÜHƏNDİS TEXNİKALARIMIZ ATƏŞƏ TUTULUB

Noyabrın 9-u Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu Yellicə yaşayış...

Bağla