TÜRKİYƏ HƏRBÇİLƏRİNİN AZƏRBAYCANDA QALMASI BARƏDƏ QƏRAR QÜVVƏYƏ MİNİB

0

Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti daha bir il uzadılıb.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) bununla bağlı qərarı “Resmi Gazete”də dərc olunub.

Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə ölkə parlamentinə göndərilən qanun layihəsi müzakirələrdən sonra təsdiqlənib.

Qərara əsasən, Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərən Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti daha bir il uzadılıb.

Vurğulanıb ki, qərar Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım müqaviləsinə əsaslanır. Bu, atəşkəsin qorunması, təxribatların qarşısının alınması, regionda sülh və sabitliyin təmin olunması məqsədi daşıyır.

Xatırladaq ki, 2020-ci il noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi ölkənin Silahlı Qüvvələrinə qoşunlarını bir il müddətinə Azərbaycana göndərmək səlahiyyəti verib.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ŞUŞADA DƏDƏ QORQUD BEYNƏLXALQ FİLM FESTİVALI KEÇİRİLƏCƏK

Şuşada, “Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalı keçriləcək. Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib. “Mədəniyyət...

Bağla