MÜSİAD: “AZƏRBAYCANI HİDROGEN İXRACATÇISINA ÇEVİRMƏLİYİK”

0

“Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) üzvləri Azərbaycanda bir neçə əsas istiqamətdə fəaliyyəti genişləndirmək niyyətindədirlər”.

Bunu noyabrın 14-17-si tarixlərində Bakıda təşkil olunacaq 25-ci Beynəlxalq Biznes Forum çərçivəsində keçirilən mətbuat konfransında çıxış edən MÜSİAD-ın İdarə Heyətinin sədri Mahmut Asmalı deyib.

M.Asmalının sözlərinə görə, onlar Azərbaycanda ağıllı kənd təsərrüfatı sistemini qurmaq istəyirlər:

“Bildiyiniz kimi Azərbaycanın dağ turizm imkanları genişdir. Hansı ki, Avropada olduğu kimi sizin ölkənizdə də ilin 12 ayı bu sahə üzrə turist cəlb etmək mümkündür. Həmçinin Türkiyənin kənd təsərrüfatı sahəsində təcrübəsi böyükdür. Bu səbəbdən də düşünürəm ki, ağıllı kənd təsərrüfatı sistemini qurmaq mümükündür. Hansı ki, bu torpaqda əkindən istehlaka qədər bütün zənciri əhatə edəcək”.

MÜSİAD rəsmisi həmçinin Azərbaycanın hidrogen ixracatı imkanı olduğunu da qeyd edib:

“Azərbaycanın zəngin neft-qaz ehtiyatları var. Amma qarşıdakı 20-30 ildə bu ehtiyatlara tələbat azalacaq. Onun yerini isə digər enerji növləri, məsələn hidrogen tuta bilər. Düşünürəm ki, Azərbaycanın bu sahədə potensialı böyükdür və onu reallaşdıtmaq üçün ciddi müzakirələrə ehtiyac var. Biz Azərbaycanı bu sahənin də ixracatçısına çevriləcəyini düşünürük”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ HƏRBÇİLƏRİNİN AZƏRBAYCANDA QALMASI BARƏDƏ QƏRAR QÜVVƏYƏ MİNİB

Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti daha bir il uzadılıb. Türkiyə Böyük Millət Məclisinin (TBMM) bununla bağlı qərarı “Resmi Gazete"də dərc...

Bağla